“Dəmirbank”ın Müşahidə Şurasının sədri bankdakı payını artırıb

“Dəmirbank”ın Müşahidə Şurasının sədri bankdakı payını artırıb Bankın səhmdarlarının pay bölgüsü dəyişib
Maliyyə
7 Dekabr , 2016 11:07
“Dəmirbank”ın Müşahidə Şurasının sədri bankdakı payını artırıb

Bakı. 7 dekabr. REPORT.AZ/ “Dəmirbank” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib. “Report” xəbər verir ki, Bankın Müşahidə Şurasının (MŞ) sədri Rəhman Hacıyev payını 19,61%-dən 19,72%-ə çatdırıb.

Xatırladaq ki, “Dəmirbank”ın 2014-cü ilin sonunda açıqladığı məlumatda R.Hacıyevin Bankın dövriyyədə olan 105 mln. səhmindən 20 590 500-nə sahib olduğu bildirilirdi. Hazırda isə bu rəqəm 20 706 161-dir.

MŞ sədrinin payını hansı səhmdarların hesabına artırdığı açıqlanmır. Yalnız o məlumdur ki, “Dəmirbank”ın fiziki şəxs olan səhmdarlarını sayı 858-dən 815-ə düşüb.

Xatırladaq ki, "Dəmirbank" 1989-cu ildə "Azərdəmiryolbank" adı ilə yaradılıb, 2009-cu ildə rebrendinq aparılıb. Onun nizamnamə kapitalı 21 mln. manatdır. Bankın səhmdarlarının bu il avqustun 6-da keçirilmiş növbədənkənar ümumi yığıncağında kapitalın 50 mln. manat artırılaraq 71 mln. manata çatdırılmasına qərar verilib. Bir qədər sonra isə bu qərara dəyişiklik edilib və Banka ümumilikdə 129 mln. manat vəsait qoymaqla nizamnamə kapitalının 150 mln. manata çatdırılması qərarlaşdırılıb. 

Son xəbərlər

Orphus sistemi