“Dəmirbank”ın kreditorlarının tələblərinin qeydiyyat müddəti 1 ay uzadılıb

“Dəmirbank”ın kreditorlarının tələblərinin qeydiyyat müddəti 1 ay uzadılıb Bakı. 7 mart. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsinin 6 mart 2018-ci il tarixli qərarına əsasən, ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlarının tələblərinin qeydiyyat müddəti 30 təqvim günü uzadılıb.
Maliyyə
7 Mart , 2018 15:17
“Dəmirbank”ın kreditorlarının tələblərinin qeydiyyat müddəti 1 ay uzadılıb
Report

Bakı. 7 mart. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsinin 6 mart 2018-ci il tarixli qərarına əsasən, ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlarının tələblərinin qeydiyyat müddəti 30 təqvim günü uzadılıb.

“Report” xəbər verir ki, bu barədə Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

- kreditorun adı və ünvanı;

- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

- tələbin təminatı olan girov (ipoteka) və yaxud zəmanət barəsində məlumat.

Tələblər “Dəmirbank”ın Bakı şəhəri, Qarabağ küçəsi, 31 ünvanındakı “Əməliyyat idarəsi” filialında qəbul olunur. 

Orphus sistemi