"Dəmirbank"ın aktivləri 40% artıb

"Dəmirbank"ın aktivləri 40% artıb Bank ötən il istehlak kreditləşməsini 24% artırıb
Maliyyə
26 Fevral , 2016 17:14
Dəmirbankın aktivləri 40% artıb

Bakı. 26 fevral. REPORT.AZ/ "Dəmirbank" ASC-nin aktivləri illik müqayisədə 40,12% artaraq 2016-cı il yanvarın 1-nə 588,9 mln. manata çatıb. "Report"un Banka istinadən verdiyi xəbərə görə, hesabat dövründə kredit portfeli 34,33% artaraq 428,1 mln. manat olub. Kreditlərin 56,4 mln. manatı 1 ilədək, 371,7 mln. manatı 1 ildən uzun müddətə verilib.

Hesabat dövründə istehlak kreditləşməsi 23,92% artaraq 220,1 mln. manata yüksəlib.

İpoteka kreditlərinin həcmində isə 3,6% artım müşahidə olunub. İpoteka kreditlərinin həcmi 48,9 mln. manatdan 50,7 mln. manata çatıb. İpoteka kreditlərinin 43,0 mln. manatı İpoteka Fondunun xətti ilə verilib.

Depozit portfeli 21,25% artaraq 239,2 mln. manata yüksəlib. Əhalinin əmanətlərində isə 10,22% artım qeydə alınıb və əmanətlərin həcmi bu ilin əvvəlinə 193,2 mln. manat təşkil edib.

Qeyd edək ki, cari il yanvarın 1-nə "Dəmirbank"ın nizamnamə kapitalı 21,0 mln. manat qalıb.

Son xəbərlər

Orphus sistemi