​"Dəmirbank" əmanət faizlərini artırıb

​"Dəmirbank" əmanət faizlərini artırıb Həm Azərbaycan, həm də ABŞ valyutası üzrə illik faiz dərəcələri 13,5%-ə çatdırılıb
Maliyyə
473
11 Mart , 2015 13:38
​Dəmirbank əmanət faizlərini artırıb

Bakı.11 mart. REPORT.AZ/ Azərbaycanın "Dəmirbank" ASC "Əmanət çeşidi" proqramı üzrə əhaliyə təklif edilən "Göy" və "Qırmızı" əmanət növlərinin ABŞ dolları üzrə illik faiz dərəcələrini artırıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, hazırda "Göy" əmanət növünün həm Azərbaycan, həm də ABŞ valyutası üzrə illik faiz dərəcələri 13,5% , "Qırmızı" əmanət növünün hər iki valyuta üzrə illik faiz dərəcələri isə 11% təşkil edir.

Qeyd edək ki, istənilən şəxs minimum 100 manat ilkin mədaxil edərək "Dəmirbank" filiallarında bu əmanətlərinin hesablarını açdıra bilər. Maksimum 3 il müddətinə açılan əmanətləri manat, avro, funt sterlinq və dollarda yerləşdirmək mümkündür.

Qeyd edək ki, "Göy" əmanət növü üzrə hesablanmış faizlər hər ay ödənilir. "Qırmızı" əmanət növü isə digər əmanətlərdən hesabın 3-cü şəxsin adına açıla bilmə imkanı ilə fərqlənir.

Xatırladaq ki, Azərbaycanın ilk kommersiya banklarından olan "Dəmirbank" ASC 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Son xəbərlər

Orphus sistemi