"Dəmirbank"da qorunan əmanətlər üzrə kompensasiya “Kapital Bank”da veriləcək

"Dəmirbank"da qorunan əmanətlər üzrə kompensasiya “Kapital Bank”da veriləcək Kompensasiyaların verilməsinə fevralın 1-dən “Kapital Bank”ın filial şəbəkəsi vasitəsilə başlanılacaq
Maliyyə
29 Dekabr , 2017 15:57
Dəmirbankda qorunan əmanətlər üzrə kompensasiya “Kapital Bank”da veriləcək

Bakı. 29 dekabr. REPORT.AZ/ Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasının qərarına əsasən, “Dəmirbank” ASC-də qorunan əmanətlərin kompensasiyalarının verilməsi üçün agent-bank qismində “Kapitalbank” ASC seçilib.

“Report” bu barədə Fonda istinadən xəbər verir.

Qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə 1 fevral 2018-ci il tarixindən “Kapital Bank”ın filial şəbəkəsi vasitəsilə başlanılacaq. 

ADIF bir daha əmanətçilərin nəzərinə çatdırır ki, “Dəmirbank” ASC-də bütün sığortalı əmanətlərə görə kompensasiyaların ödənilməsi üçün Fondun kifayət qədər vəsaiti mövcuddur.

Xatırladaq ki, 2 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” qanunun 3-cü maddəsinə əsasən, ADIF-in Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün tətbiq edilən maksimal illik faiz dərəcəsi - milli valyuta üzrə 15%, xarici valyuta üzrə 3% həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının 22 dekabr 2017-cı il tarixli qərarı ilə “Dəmirbank” ASC-yə bank fəaliyyəti üçün verilmiş lisenziya 23 dekabr 2017-ci il tarixindən ləğv edilib. “Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq, “Dəmirbank”da sığorta hadisəsi günü 22 dekabr 2017-ci il müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi