Daha bir Azərbaycan bankı "3D Secure" xidmətinə qoşulub

Daha bir Azərbaycan bankı "3D Secure" xidmətinə qoşulub Bu xidmət online ödənişlərin təhlükəsizliyini daha da artırır
Maliyyə
5 Noyabr , 2015 20:01
Daha bir Azərbaycan bankı 3D Secure xidmətinə qoşulub

Bakı. 5 noyabr. REPORT.AZ/ "Dəmirbank" ASC internet ödənişlərin təhlükəsiz həyata keçirilməsini təmin etmək üçün bütün plastik kartlarını "3D Secure" xidmətinə qoşub. "Report"un banka istinadən verdiyi xəbərə görə, bu xidmət online ödənişlərin təhlükəsizliyini daha da artırır.

"Xidmətin işləmə mexanizmi çox sadədir. İnternet üzərindən ödəniş həyata keçirərkən bütün lazımi rekvizitlər qeyd olunduqdan sonra müştəri şifrə qeyd etmək üçün xüsusi səhifəyə yönləndirilir. Şifrə avtomatik müştərinin mobil nömrəsinə SMS formasında göndərilir. Həmin şifrəni səhifədəki xüsusi xanaya qeyd edərək ödənişi təsdiq etmək mümkündür. Şifrə bilavasitə ödəniş həyata keçirilən zaman göndərilir və təsdiq üçün yalnız bir dəfə istifadə oluna bilər. Beləliklə, internet üzərindən kart sahibindən xəbərsiz heç bir ödəniş həyata keçirmək mümkün olmur", - bankdan bildirilib. 

Son xəbərlər

Orphus sistemi