​“DəmirBank” ATM şəbəkəsini genişləndirir

​“DəmirBank” ATM şəbəkəsini genişləndirir Gələcəkdə terminal sayının artırılması və yeni xidmətlərin əlavə edilməsi gözlənilir
Maliyyə
14 İyul , 2016 19:57
​“DəmirBank” ATM şəbəkəsini genişləndirir

Bakı. 14 iyul. REPORT.AZ/ Bakı və regionlarda geniş xidmət şəbəkəsinə malik olan “DəmirBank”ASC bankomatların sayını artırır. Əhalinin ən çox alış-veriş etdiyi və toplaşdığı əsas məkanlardan olan MetroPark, Port Baku, Ganjlik və 28 Mall-larda “DəmirBank”a məxsus ATM-lər yerləşdirilib.

Bankdan "Report"a bildirilib ki, müştərilər “DəmirBank”ın ATM-ləri vasitəsi ilə ənənəvi xidmətlərdən başqa, Card-to-Card, Cash by Code kimi əlavə üstünlüklərdən yararlana bilərlər. Belə ki, Card-to-Card xidmətindən istifadə edərək, pul vəsaitlərini bir kartdan digər karta tez və rahat şəkildə köçürmək mümkündür.Bu xidmət kredit xəttinin ödənişi üçün də əlverişlidir. Cash by Code xidmətinin əsas üstünlüyü isə Banka yaxınlaşmadan ATM vasitəsi ilə 5 manatdan 500 manatadək pul göndərmək imkanıdır.

Həmçinin, "DəmirBank" həftənin bütün günləri 24 saat fasiləsiz müştəri xidmətinin inkişafı məqsədilə müştərilərə Banka məxsus terminallar vasitəsi ilə geniş çeşiddə məhsul və xidmətlər üzrə ödənişlərin aparılması imkanını yaradıb. Hazırda Cash-in terminallarında kredit ödənişləri, cari hesaba mədaxil kimi bank əməliyyatlardan əlavə kommunal xidmət, mobil rabitə, internet, kabel TV və digər ödənişləri həyata keçirmək mümkündür.

Bank müştəri xidmətinin yaxşılaşdırılması istiqamətində görülən işləri davam etdirir və bu məqsədlə gələcəkdə terminal sayının artırılması və yeni xidmətlərin əlavə edilməsi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi