Dekabrda bankların AMB-də müxbir hesablarındakı vəsait artıb

Dekabrda bankların AMB-də müxbir hesablarındakı vəsait artıb Bakı. 28 yanvar. REPORT.AZ/ 2018-ci il dekabrın 31-nə bankların Azərbaycan Mərkəzi Bankında (AMB) müxbir hesablarda saxladığı vəsaitin həcmi açıqlanıb.
Maliyyə
28 Yanvar , 2019 16:37
Dekabrda bankların AMB-də müxbir hesablarındakı vəsait artıb

Bakı. 28 yanvar. REPORT.AZ/ 2018-ci il dekabrın 31-nə bankların Azərbaycan Mərkəzi Bankında (AMB) müxbir hesablarda saxladığı vəsaitin həcmi açıqlanıb.

"Report" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya istinadən xəbər verir ki, hesabat dövründə bankların AMB-dəki müxbir hesablarında 2 mlrd. 332,6 mln. manat olub. Bu, noyabrın 1-nə olan göstərici ilə müqayisədə 425,6 mln. manat və ya 22,32% çoxdur.

Ümumiyyətlə, ötən ilin əvvəlində bankların AMB-də müxbir hesabları 300,4 mln. manat və ya 14,78% artıb.

Qeyd edək ki, ötən ilin əvvəlində bankların AMB-də müxbir hesabları 2 mlrd. 32,2 mln. manata bərabər olub.   

Son xəbərlər

Orphus sistemi