DB: Pandemiya səbəbindən miqrantların pul köçürmələri azalır

DB: Pandemiya səbəbindən miqrantların pul köçürmələri azalır Dünyada COVID-19 pandemiyasının artması, iqtisadi böhranın davam etməsi əmək miqrantlarının vətənə göndərdikləri pul köçürmələri 2021-ci ildə 2019-cu ilə nisbətən 14 faiz az olacaq.
Maliyyə
10 Noyabr , 2020 20:53
DB: Pandemiya səbəbindən miqrantların pul köçürmələri azalır

Dünyada COVID-19 pandemiyasının artması, iqtisadi böhranın davam etməsi əmək miqrantlarının vətənə göndərdikləri pul köçürmələri 2021-ci ildə 2019-cu ilə nisbətən 14 faiz az olacaq.

“Report” Dünya Bankının miqrasiya və inkişafa dair hesabatına istinadən xəbər verir ki, aşağı və orta gəlirli ölkələrə pul köçürmələri 2020-ci ildə 7 faiz azalaraq 508 milyon ABŞ dolları, 2021-ci ildə isə daha 7,5 faiz azalaraq 470 milyon ABŞ dolları təşkil edəcəck.

Bu azalmanın başlıca amilləri pul köçürmələrini qəbul edən ölkələrdə iqtisadi artımın zəifləməsi və məşğulluq səviyyəsinin az olması, habelə neftin ucuzluğu və yerli valyutaların ABŞ dollarına qarşı məzənnələrinin azalmasıdır.

O cümlədən Avropa və Mərkəzi Asiya ölkələrinə pul köçürmələrinin həcmi 2020-ci ildə 16 faiz, 2021-ci ildə isə 8 faiz, Şərqi Asiya və Pasifik ölkələrinə müvafiq olaraq 11 faiz və 4 faiz, Yaxın Şərq və Şimali Afrika ölkələrinə 8 faiz, Böyük Səhradan cənubdakı Afrika ölkələrinə 9 faiz və 6 faiz, Cənubi Asiya ölkələrinə 4 faiz və 11 faiz, Latın Amerikası və Karib hövzəsi ölkələrinə 0,2 faiz və 8 faiz azalacaq. Buna baxmayaraq, orta və az gəlirli ölkələrdə xarici maliyyə mənbəyi kimi rolu artacaq. 2019-cu ildə həmin ölkələrə pul köçürmələrinin həcmi birbaşa əcnəbi sərmayələrinin həcmini üstələyərək rekord miqdar olan 548 milyard ABŞ dollarına çatmışdı.

Həmçinin Dünya Bankının “Dünyada pul köçürmələrinin dəyəri" adlı verilənlər bazasına görə, 2020-ci ilin üçüncü rübündə 200 ABŞ dolları pul köçürmələrinin orta məbləği 2019-cu ilin birinci rübündəkinə yaxın 6,8 faiz olub. Halbuki Dayanıqlı İnkişaf Hədəflərinə görə, 2030-cu ilədək qarşıya qoyulan hədəf 3 faizdir. Ən ucuz pul köçürmələri Cənubi Asiya ölkələrində (5 faiz), ən bahalı isə Böyük Səhradan cənubdakı Afrika ölkələrindədir (8,5 faiz). Həmçinin banklar vasitəsilə pul köçürmələrinin orta dəyəri 10,9 faiz, poçt vasitəsilə 8,6 faiz, nağdsız köçürmə sistemləri vasitəsilə 5,8 faiz, mobil rabitə vasitəsilə isə 2,8 faizdir.

Son xəbərlər

Orphus sistemi