DB iqtisadçısı yeni genişmiqyaslı böhran barədə xəbərdarlıq edib

DB iqtisadçısı yeni genişmiqyaslı böhran barədə xəbərdarlıq edib “Koronavirus pandemiyası qlobal tənəzzülə səbəb oldu və indi də maliyyə böhranına səbəb ola bilər”
Maliyyə
17 Oktyabr , 2020 17:51
DB iqtisadçısı yeni genişmiqyaslı böhran barədə xəbərdarlıq edib

“Koronavirus pandemiyası qlobal tənəzzülə səbəb oldu və indi də maliyyə böhranına səbəb ola bilər”.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bunu Dünya Bankının baş iqtisadçısı Karmen Reynhart deyib.

Onun fikrincə, vəziyyət tədricən əhəmiyyətli maliyyə nəticələri ilə genişmiqyaslı iqtisadi böhrana çevrilib.

“Bir çox ölkələrin tətbiq etdiyi iqtisadiyyata kütləvi miqdarda vəsait axıdılması ən dayanıqlı yol deyil. Bu səbəbdən dövlətlər borc böhranları ilə qarşılaşa bilərlər. Qarşıda uzun yol var”, - K.Reynhart xəbərdarlıq edib.

Son xəbərlər

Orphus sistemi