Daşınmaz əmlak sertifikatları haqqında qaydalar təsdiqlənib

Daşınmaz əmlak sertifikatları haqqında qaydalar təsdiqlənib ​QKDK tərəfindən yeni qaydalar təsdiq edilib
Maliyyə
18 Fevral , 2016 18:51
Daşınmaz əmlak sertifikatları haqqında qaydalar təsdiqlənib

Bakı. 18 fevral. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan Respublikasında daşınmaz əmlak sertifikatları haqqında Qaydalar” (http://scs.gov.az/uploads/pdf/rhc21hnantgpe1v54kfn.pdf) təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

"Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, bu Qaydalar Azərbaycan Respublikasının ərazisində daşınmaz əmlak sertifikatlarının buraxılışı, dövlət qeydiyyatına alınması və tədavülü qaydalarını müəyyən edir.

Həmçinin, “Səhmlərin birləşdirilməsi, xırdalanması və onların nominal dəyərinin artırılması zamanı səhmlərin emissiyası haqqında Qaydalar” (http://scs.gov.az/uploads/pdf/zurphknmloua7nq7hiwz.pdf) təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Bu Qaydalar səhmlərin birləşdirilməsi, xırdalanması, həmçinin onların nominal dəyərinin artırılması və azaldılması zamanı səhmlərin emissiyasını tənzimləyir.

Son xəbərlər

Orphus sistemi