Bakı. 17 aprel. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) yanında Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində 500-dən çox istifadəçi qeydiyyatdan keçib, Reyestrə 10 mindən çoxı bildiriş yüklənib.
“Report”un verdiyi xəbərə görə, bu barədə MBNP-nın baş icraçı direktoru İbrahim Alışov məlumat verib.
"Azərbaycandakı bildirişlərin strukturu fərqlidir. Bizdə ənənəvi istehlak malları ilə yanaşı sənaye avadanlıqları, bitkiçilik, heyvanlarlıq malları Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində qeydiyyatdan keçib. Bu da biznes subyektərinin analoji kreditlərə əlçatanlığını təmin edəcə. Maliyyə resurslarına çıxış asanlaşacaq".
Xatırladaq ki, Reyestr bu il mart ayında istifadəyə verilib.