Daha iki şirkət birjanın listinqinə qəbul edilib

Daha iki şirkət birjanın listinqinə qəbul edilib Bu şirkətlərin qiymətli kağızları ilə ticarətə sabahdan başlanılacaq
Maliyyə
8 İyun , 2016 17:28
Daha iki şirkət birjanın listinqinə qəbul edilib

Bakı. 8 iyun. REPORT.AZ/ Bakı Fond Birjası (BFB) Listinq Komitəsinin qərarı ilə “Faza” ASC və “Ağcəbədi Tədarük” ASC alternativ bazar seqmentində listinqə daxil edilib.

"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, “Faza” ASC-nin 14 784 ədəd qiymətli kağızı ticarətə buraxılıb. Qiymətli kağızların ilkin ticarət qiyməti 2 manat təşkil edir. “Ağcəbədi Tədarük” ASC-nin isə 73 284 ədəd qiymətli kağızı ticarətə buraxılıb ki, qiymətli kağızların ilkin ticarət qiyməti 0,50 manatdır.

Qeyd edək ki, ticarətə sabahdan başlanılacaq.

Son xəbərlər

Orphus sistemi