Daha bir neft ölkəsi itkiləri azaltmaq üçün istiqraz buraxacaq

Daha bir neft ölkəsi itkiləri azaltmaq üçün istiqraz buraxacaq Omanda büdcə kəsiri illik müqayisədə 55% artıb
Maliyyə
7 Dekabr , 2016 17:26
Daha bir neft ölkəsi itkiləri azaltmaq üçün istiqraz buraxacaq

Bakı. 7 dekabr. REPORT.AZ/ Oman neft qiymətlərinin kəskin azalması fonunda yaranan büdcə kəsirini örtmək üçün beynəlxalq qiymətli kağızlar bazarında 1,5-2 mlrd. ABŞ dolları həcmində istiqraz yerləşdirməyə hazırlaşır. 

"Report"un "RBC" saytina istinadən verdiyi xəbərə görə, yerləşdirmənin dəqiq həcmi və müddəti barəsində hələ açıqlama verilmir.

Qeyd edək ki, bu ilin noyabr ayının sonunda "Times of Oman" qəzeti bildirib ki, ölkənin neft, neft məhsulları və maye qaz ixracından əldə etdiyi gəlir 2016-cı ilin ilk yarısında keçən ilin müvafiq dövrü ilə mübarizədə 36,3% azalaraq 2,62 mlrd. rial (6,8 mlrd. dollar) təşkil edib. Xatırladaq ki, bu ilin yanvar-sentyabr ayında Omanın büdcə kəsiri illik müqayisədə 55% artaraq 180,5 mln. riala (469 mln. dollar) bərabər olub.

Son xəbərlər

Orphus sistemi