"Birkart" BOKT-un daha bir filialı fəaliyyətə başladı

"Birkart" BOKT-un daha bir filialı fəaliyyətə başladı "Kapital Bank" ASC-nin təsisçi olduğu “BirKart" MMC bank olmayan kredit təşkilatının (BOKT)növbəti Elmlər Akademiyası filialı olan "BirKart Mərkəzi" fəaliyyətə başladı. Filial Bakının Yasamal rayonunda, 556/57-ci məhəllə, Hüseyn Cavid prospektiA-da - "Elm
Maliyyə
20 İyul , 2020 10:13
Birkart BOKT-un daha bir filialı fəaliyyətə başladı

"Kapital Bank" ASC-nin təsisçi olduğu “BirKart" MMC bank olmayan kredit təşkilatının (BOKT) növbəti Elmlər Akademiyası filialı olan "BirKart Mərkəzi" fəaliyyətə başladı. Filial Bakının Yasamal rayonunda, 556/57-ci məhəllə, Hüseyn Cavid prospekti A-da - "Elmlər Akademiyası" metro stansiyasının çıxışında yerləşir, hər gün saat 10:00-dan 18:00-a qədər müştərilərə xidmət göstərir. Mərkəzdə 24 saat işləyən ATM və "Cash-in" ödəniş terminalı da müştərilərin xidmətindədir.

Burada müştərilər ümumi olaraq "BirKart" haqqında, eyni zamanda partnyor guşəsində "Kapital Bank"ın partnyorları və onların kampaniyaları barədə ətraflı məlumat əldə edə bilərlər. Həmçinin, əlavə imkan kimi daxildə yerləşən müəyyən partnyorların stendləri ilə tanış olub BirKart rəsmiləşdirilməsindən sonra müvafiq məhsulları taksitdən istifadə etməklə, əldə edə bilərlər.

"BirKart"ın 4 növü var – taksit, taksit/cashback,taksit/miles və Umico. Kart bir sıra üstünlüklərə malikdir: 18 aya qədər faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-ə qədər "Cashback" imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. "BirKart"ın ölkə üzrə 7 500-dən çox partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

Bu kartları məvacib və təqaüdünü "Kapital Bank"dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər həm “BirKart" BOKT-un filiallarına, həmçinin "Kapital Bank"ın istənilən digər filiallarına müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi