Bakı. 17 iyun. REPORT.AZ/ "AGBank" ASC tibb işçiləri və Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün bayram aksiyasına başlayıb.
"Report"un banka istinadən verdiyi xəbərə görə, aksiyaya əsasən, iyunun 25-dək tibb işçiləri və hərbçilər rəsmiləşdirdikləri kreditin son 3 ayını faizsiz ödəyəcəklər.
Əgər tibb nümayəndəsi və ya hərbçiyə 12 aylıq kredit xətti açılarsa, 10, 11, 12-ci ay kredit 0% ilə bağlanacaq (FİFD - 29,31%-dən başlayaraq). Göstərilən tarixlərdə "AGBank"ın filiallarına müraciət edərək bayram hədiyyəsini əldə etmək mümkündür.