Con Uilyams: FED uçot dərəcəsini bu il bir dəfə, gələn il üç dəfə artıra bilər

Con Uilyams: FED uçot dərəcəsini bu il bir dəfə, gələn il üç dəfə artıra bilər "FED təmkinli olmalıdır"
Maliyyə
17 Noyabr , 2017 13:59
Con Uilyams: FED uçot dərəcəsini bu il bir dəfə, gələn il üç dəfə artıra bilər
REUTERS/Danny Moloshok

Bakı. 17 noyabr. REPORT.AZ/ San-Fransisko FED-in rəhbəri Con Uilyams (John Williams) 2017-ci ildə FED-in bir, 2018-ci ildə isə üç dəfə uçot dərəcəsini artırmasının doğru olacağını bildirib. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu C.Uilyams San-Fransiskoda keçirilən konfransda bildirib. Lakin faiz artımları ilə bağlı qərarların sayının isə yenə də iqtisadi göstəricilərə bağlı olacağını deyib.

C.Uilyams faiz dərəcəsinin gec və ya tez 2,5% səviyyəsinə çatdırılmasının zəruri olduğunu vurğulayıb. Xatırladaq ki, San-Fransisko FED-in rəhbəri daha əvvəlki açıqlamalarında aşağı uçot dərəcəsinin FED üçün potensial monetar siyasət aləti olduğunu deyib.

C.Uilyams bir müddət sonra növbəti resessiyanın mümkünlüyünü bildirərək, FED-in təmkinli davranmasını vacib sayır.

Son xəbərlər

Orphus sistemi