"City Finance"ın aktivləri 33% azalıb

"City Finance"ın aktivləri 33% azalıb Bakı. 28 aprel. REPORT.AZ/ "City Finance" MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 33% azalaraq 2017-ci il yanva...
Maliyyə
28 Aprel , 2017 17:23
City Financeın aktivləri 33% azalıb

Bakı. 28 aprel. REPORT.AZ/ "City Finance" MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 33% azalaraq 2017-ci il yanvarın 1-nə 806,6 min manat təşkil edib.

"Report" bu barədə BOKT-un illik maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, yanvarın 1-nə əsasən fiziki şəxslərə və fərdi sahibkarlara verilmiş kreditlərin həcmi 706,4 min manat olub ki, bu da illik müqayisədə 35% azdır. Hesabat dövründə “City Finance”ın cəmi öhdəlikləri 28% azalaraq 576,3 min manata enib.

BOKT ötən il ərzində təxminən 47 min manat zərər edib. Qeyd edək ki, 2015-ci ili isə bank 12,7 min manat mənfəətlə başa vurub.

Xatırladaq ki, “City Finance” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 375 min manatdır. BOKT-un təsisçiləri 66,7% payla Ramiz Ağamirzə oğlu Eyvazov, 33,3% payla Vüqar Balakişi oğlu Dəmirovdur. 

Son xəbərlər

Orphus sistemi