“City Finance” BOKT-un rəhbərliyi dəyişib

“City Finance” BOKT-un rəhbərliyi dəyişib Eşqin Şıxəliyevi Eldəniz Xudayarov əvəz edib
Maliyyə
18 Sentyabr , 2017 10:58
“City Finance” BOKT-un rəhbərliyi dəyişib

Bakı. 18 sentyabr. REPORT.AZ/ “City Finance” MMC bank olmayan kredit təşkilatına (BOKT) yeni director təyin edilib. “Report” xəbər verir ki, bu, Eldəniz Xudayarovdur.

O, yeni vəzifəsində Eşqin Şıxəliyevi əvəz edib.

Xatırladaq ki, “City Finance” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 375 min manatdır. BOKT-un təsisçiləri 66,7% payla Ramiz Ağamirzə oğlu Eyvazov, 33,3% payla Vüqar Balakişi oğlu Dəmirovdur.

Son xəbərlər

Orphus sistemi