Çinin video oyun istehsalçıları bazar dəyərini kəskin itirib

Çinin video oyun istehsalçıları bazar dəyərini kəskin itirib Bu gün Honkonq fond birjasında Çinin video oyun istehsalçılarının səhmləri kəskin ucuzlaşıb.
Maliyyə
3 Avqust , 2021 11:36
Çinin video oyun istehsalçıları bazar dəyərini kəskin itirib

Bu gün Honkonq fond birjasında Çinin video oyun istehsalçılarının səhmləri kəskin ucuzlaşıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, internet nəhəngi “Tencent”in səhmləri 10,8%, “NetEase”nin səhmləri 15,7%, “BiliBili”nin səhmləri isə 14,3% dəyər itirib.

Ucuzlaşmaya səbəb dövlətə məxsus “Sinxua” agentliyinin nəzarətindəki “Economic Information Daily” qəzetində dərc olunan məqalədə onlayn oyunların tənqid olunaraq “onlayn narkotika” adlandırılması olub.

Son xəbərlər

Orphus sistemi