Bakı. 7 noyabr. REPORT.AZ/ Çinin valyuta ehtiyatları oktyabr ayında 0,7 mlrd. dollar və ya 0,02% artaraq 3 109 mlrd. dollara çatıb.
"Report" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat Çin Xalq Bankı (PBOC) tərəfindən açıqlanıb. Xatırladaq ki, analitiklər valyuta ehtiyatlarında 9,5 mlrd. dollar artım proqnozlaşdırıblar.
Artımdan sonra Çinin valyuta ehtiyatları son 1 ilin maksimumuna çatıb. Qeyd edək ki, sentyabr ayında valyuta ehtiyatlarında artım 17 mlrd. dollar olub.
Çin dünyanın ən böyük valyuta ehtiyatlarına malikdir. 2016-cı ildə PBOC yerli valyutanın sabitliyi üçün 320 mlrd. dollar xərcləyib. 2014-cü il maliyyə böhranından sonra Çinin valyuta ehtiyatları, təxminən, 1 trln. dollar azalaraq 3 trln. dollara enib.