Çinin valyuta ehtiyatları 6 illik minimuma enib

Çinin valyuta ehtiyatları 6 illik minimuma enib Bu rəqəm ötən ay 41 mlrd. dollar azalıb
Maliyyə
7 Yanvar , 2017 15:08
Çinin valyuta ehtiyatları 6 illik minimuma enib

Bakı. 7 yanvar. REPORT.AZ/ 2016-cı ilin dekabr ayında Çinin valyuta ehtiyatları 41 mlrd. ABŞ dolları azalaraq 3,01 trln. dollara düşüb. “Report” xəbər verir ki, bu, 2011-ci ilin fevral ayından bəri ən aşağı həddir.

Xatırladaq ki, ekspertlər Çinin valyuta ehtiyatlarındakı azalmanın 51 mlrd. dollar təşkil edəcəyini proqnozlaşdırırdı. Noyabr ayında isə ölkə valyuta ehtiyatlarının 69,05 mlrd. dollarını itirib. 

Son xəbərlər

Orphus sistemi