Çinin valyuta ehtiyatları 15 aylıq maksimuma çatıb

Çinin valyuta ehtiyatları 15 aylıq maksimuma çatıb Bakı. 9 yanvar. REPORT.AZ/ Çinin valyuta ehtiyatları ardıcıl 11 ay artaraq dekabrda da yüksəlişini davam etdirib. 
Maliyyə
960
9 Yanvar , 2018 12:59
Çinin valyuta ehtiyatları 15 aylıq maksimuma çatıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Çinin valyuta ehtiyatları ardıcıl 11 ay artaraq dekabrda da yüksəlişini davam etdirib. 

"Report" "Interfax" agentliyinə istinadən xəbər verir ki, dekabr ayında Çinin valyuta ehtiyatları 20,7 mlrd. dollar və ya 0,66% artaraq 3 139,9 mlrd. dollara çatıb. Nəticədə, Çinin valyuta ehtiyatları 2016-cı ilin sentyabr ayından sonra maksimal həddə yüksəlib.

2017-ci ilin yekununda Çinin valyuta ehtiyatları 129,4 mlrd. dollar və ya 4,3% artım göstərib. Artıma səbəb Çin hökumətinin kapitalın sərbəst hərəkətini məhdudlaşdırması qərarı olub.

Qeyd edək ki, Çin valyuta ehtiyatlarına görə dünya lideridir. 2014-cü ilin iyun ayında ehtiyatlar rekord həddə - 4 trln. dollara çatıb. 2017-ci ilin yanvarında isə qlobal maliyyə böhranı nəticəsində ehtiyatlar 3 trln. dollar səviyyəsindən aşağı enib.

Son xəbərlər

Orphus sistemi