Çinin ÜDM artımı ABŞ-la ticarət müharibəsi fonunda yavaşlayıb

Çinin ÜDM artımı ABŞ-la ticarət müharibəsi fonunda yavaşlayıb Bakı. 19 oktyabr. REPORT.AZ/ Cari ilin III rübündə Çində ÜDM artımı ABŞ-la ticarət müharibəsinin təzyiqi altında 6,5 faiz ləngiyib. Bu rəsmi proqnozlara görə gözlənilən olsa da, ekspertlərin rəylərindən və əvvəlki rübün göstəricisində pis nəticədir.
Maliyyə
19 Oktyabr , 2018 06:52
Çinin ÜDM artımı ABŞ-la ticarət müharibəsi fonunda yavaşlayıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Cari ilin III rübündə Çində ÜDM artımı ABŞ-la ticarət müharibəsinin təzyiqi altında 6,5 faiz ləngiyib. Bu rəsmi proqnozlara görə gözlənilən olsa da, ekspertlərin rəylərindən və əvvəlki rübün göstəricisində pis nəticədir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Statistika Bürosunun məlumatlarında bildirilir.

"İlkin hesablamalara görə, 2018-ci ilin I rübündə Çinin ÜDM-in illik artım tempi 6,8%, ikinci rübdə 6,7%, üçüncü rübdə isə 6,5% təşkil edib", - deyə cümə günü yayılan hesabatda bildirilir.

Bundan əvvəl Çinin ABŞ-dan neft idxalını 10 dəfədən artıq azaldığı xəbər verilmişdi.

Son xəbərlər

Orphus sistemi