Çin Milli Bankı yuanın məzənnəsini psixoloji həddə çatdırmaq niyyətində deyil

Çin Milli Bankı yuanın məzənnəsini psixoloji həddə çatdırmaq niyyətində deyil Çinin Milli Bankı yaxın perspektivdə Çin valyutası olan jenminbinin məzənnəsini hər bir dollar üçün psixoloji 7,00 göstəricisinə qədər azaltmaq niyyətində deyil.
Maliyyə
21 May , 2019 10:58
Çin Milli Bankı yuanın məzənnəsini psixoloji həddə çatdırmaq niyyətində deyil

Çinin Milli Bankı yaxın perspektivdə Çin valyutası olan jenminbinin məzənnəsini hər bir dollar üçün psixoloji 7,00 göstəricisinə qədər azaltmaq niyyətində deyil.

“Report”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə bu gün “South China Morning Post” qəzeti xəbər verib.

“Bizim Çinin valyuta bazarını stabil, yuanın məzənnəsini isə ağıllı və balanslaşdırılmış səviyyədə saxlamaq üçün bütün əsaslar, əminlik və qabiliyyətimiz mövcuddur”, - nəşr Çinin Dövlət Valyuta Nəzarəti İdarəsinin rəhbəri Pan Qunşenə şərhinə istinadən yazır.

Mayın 9-dan yuanın məzənnəsi davamlı zəifləmə tendensiyası nümayiş etdirir ki, ekspertlər də bunu Pekinin ABŞ-ın Çin məhsullarına rüsumlarının artırılmasına qarşı cavab kimi izah edirlər. Belə ki, bu gün Çinin Milli Bankı yuanın dollara nisbətdə məzənnəsini 6,899 səviyyəsinə qədər azaldıb. Bu isə 2018-ci ilin dekabr ayından etibarən valyuta cütlüyünün məzənnəsinin minimumu deməkdir.

2008-ci ildən bu yana jenminbinin məzənnəsi 7,00 dollar səviyyəsini “görməyib”. Bununla belə, analitiklərin fikrincə, Pekin belə bir vəziyyəti dəyişdirə bilər və ABŞ-ın iyul ayında ümumi dəyəri 300 mlrd dollar olan Çin məhsulları üçün əlavə rüsumlar tətbiq etdiyi halda valyuta bazarındakı siyasətinə yenidən baxa bilər.

Qeyd edək ki, zəif yuan dollar nisbətində Çin ixracını daha da ucuzlaşdırır və ABŞ-ın tətbiq edəcəyi rüsumlara qarşı xarici ticarəti dəstəkləməyə istiqamətlənmiş bir strategiya hesab edilə bilər. Bununla belə, Çinin Milli Bankının keçmiş əməkdaşı Şen Sunçen qeyd edib ki, yuanın dollara nisbətdə məzənnəsinin 7,00 göstəricisinə qədər düşməsi bir sıra mənfi nəticələrə çevrilə bilər. Bu isə xüsusilə, ölkədən kapitalın axınının artmasının güclənməsinə səbəb ola bilər. 

Son xəbərlər

Orphus sistemi