Çinin Mərkəzi Bankı yuanın dollara qarşı məzənnəsini möhkəmləndirib

Çinin Mərkəzi Bankı yuanın dollara qarşı məzənnəsini möhkəmləndirib MB orta yuan-dollar məzənnəsini 6,5719 olaraq təyin edib.
Maliyyə
138
23 Noyabr , 2020 12:13
Çinin Mərkəzi Bankı yuanın dollara qarşı məzənnəsini möhkəmləndirib

Çin Xalq Bankı (Mərkəzi Bank) bazar ertəsi yuanın ABŞ dollarına qarşı məzənnəsini son 30 ayda maksimum səviyyəyə qədər möhkəmləndirib.

“Report” xəbər verir ki, bunu tənzimləyicinin məlumatları göstərir.

Belə ki, MB orta yuan-dollar məzənnəsini 6,5719 olaraq təyin edib.

Bu, 2018-ci il iyunun 26-dan bəri yuanın dollara qarşı ən yüksək nisbətidir. O zaman 1 ABŞ dolları 6,5782 yuana bərabər idi.

Daha əvvəl Çin Dövlət Şurasının Baş naziri Li Ketsyan yuanın sabit məzənnəsinin rasional səviyyədə saxlanacağını söyləmişdi.

Son xəbərlər

Orphus sistemi