Bu ilin I yarısında Çində ümumi daxili məhsulun (ÜDM) illik müqayisədə artımı 27 illik minimumu yeniləyib.
“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Belə ki, hesabat dövründə Çində iqtisadi artım 6,3% təşkil edib ki, bu da 1992-ci ilin mart ayından bəri ən aşağı həddir. Ekspertlərin sözlərinə görə, hətta qlobal iqtisadi böhran dövründə bu rəqəm 6,4%-dən aşağı olmayıb. Yaranmış vəziyyət ABŞ-ın Çinə tətbiq etdiyi sanksiya ilə əlaqələndirilir. Çin rəsmiləri isə bu ilin yekununda ÜDM-in artımının 6-6,5% olacağını bildirir.