Çinin ABŞ istiqrazlarının alışından imtina etməsi dolları ucuzlaşdırıb

Çinin ABŞ istiqrazlarının alışından imtina etməsi dolları ucuzlaşdırıb Çin ABŞ-a borc verən lider ölkədir və hazırda əlində 1,18 trln. dollarlıq dövlət istiqrazları var
Maliyyə
10 Yanvar , 2018 15:31
Çinin ABŞ istiqrazlarının alışından imtina etməsi dolları ucuzlaşdırıb

Bakı. 10 yanvar. REPORT.AZ/ Dollar qlobal valyuta bazarında sərt satışla üzləşib.

"Report" xəbər verir ki, buna səbəb Çin hökumətinin ABŞ dövlət istiqrazlarını almaq qərarına yenidən baxmaq istəməsi xəbərləri olub. Çin hökumətinin rəsmiləri ABŞ dövlət istiqrazlarının alışını azaltmaq və ya ümumiyyətlə, dayandırmaq istədiklərini bildiriblər.

Xəbərin açıqlanmasından sonra USD/EUR məzənnəsi 1,1920 səviyyəsindən 1,2010 səviyyəsinə qədər yüksəlib. Xatırladaq ki, Çin ABŞ dövlət istiqrazlarının ən böyük alıcısıdır. Onun əlində 1,18 trln. dollar, Yaponiyada 1,096 trln. dollar, İrlandiyanın əlində isə 310,8 mlrd. dollarlıq ABŞ dövlət istiqrazları var.

Son xəbərlər

Orphus sistemi