Bakı. 26 yanvar. REPORT.AZ/ Çində vətəndaş aldığı avtomobilin pulunu 0,1, 0,3 və 0,5 yuanla ödəyib.
"Report"un "Daily Mail"ə istinadən verdiyi məlumata görə, alınan maşının ümumi qiyməti 51 min 800 Çin yuanı (təxminən 6 496 manat) civarında olub.
Məlumata görə, ümumi çəkisi 150 kq. olan pulları saymaq üçün avtomobil satışı mərkəzinin 8 işçisi cəlb edilib və onlar günün tam yarısını bu işə sərf ediblər.
Şirkət nümayəndələri alıcının ödəyəcəyi pulların kiçik olduğunu dediyini, amma onların bu vəziyyəti düşünmədiklərini bildiriblər.
















