Çinin bank sektorunda gərginlik artır, ölkədəki 4 379 bankın təxminən 13%-dən çoxunun "yüksək risk" daşıdığı bildirilir. Keçən ilin eyni dövründə bu göstərici 10% həddində idi.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Mərkəz Bankının (PBOC) "Çin Maliyyə Sabitliyi 2019" hesabatında məlumat verilib.
Hesabata görə, bankların birinə iflas etdiyini bildirən "D" kateqoriyası verilib.
Qeyd edək ki, Çin Mərkəz Bankı hər bankın reytinqi barədə məlumat verib və bəzi bankları kapitalın artırmağa, NPL kreditlərini azaltmağa, dividendləri məhdudlaşdırmağa və hətta idarəetməni dəyişdirməyə çağırıb.