Çində 2019-cu ildən sonra satılan avtomobillərin 10%-i elektrikli olmalıdır

Çində 2019-cu ildən sonra satılan avtomobillərin 10%-i elektrikli olmalıdır Çinin avtomobil şirkətləri elektrikli avtomobil istehsalında 43% payla dünya lideridir
Maliyyə
28 Sentyabr , 2017 20:58
Çində 2019-cu ildən sonra satılan avtomobillərin 10%-i elektrikli olmalıdır

Bakı. 28 sentyabr. REPORT.AZ/ Çin 2019-cu ildən etibarən ölkədə satılan avtomobillərə sərt minimal normalar tətbiq edəcək. 

"Report" "İnterfax" agentliyinə istinadən bildirir ki, bu barədə məlumatı ölkənin "Sinxua" agentliyi tərəfindən yayılıb.

Agentlik bildirir ki, 2019-cu ildən etibarən Çində illik satışı 30 min ədəddən çox olan şirkətlərin satışlarının ən az 10%-i hibrid motorlu və ya elektromobil olmalıdır. 2020-ci ildən sonra isə bu göstərici 12% təşkil edəcək. Bu qaydalara uymayan şirkətlər cərimə ödəməli olacaq.

Almaniyanın "Deutshe Welle" teleradio şirkəti bildirib ki, Çin hökuməti bu normanı 2025-ci ilə qədər 20%-ə qaldırmağı planlaşdırıb.

Qeyd edək ki, Çin avtomobil bazarı dünyanın ən iri bazarıdır və 2016-cı ildə burada 24,3 mln. ədəd avtomobil satılıb. Həmçinin "McKinsey" beynəlxalq konsaltinq şirkətinin məlumatına görə, Çin avtomobil şirkətləri elektrikli avtomobil istehsalında 43% payla dünya lideridir. 

Son xəbərlər

Orphus sistemi