Çin və ABŞ rüsumların qarşılıqlı ləğvinə hazırlaşır

Çin və ABŞ rüsumların qarşılıqlı ləğvinə hazırlaşır Bakı. 9 mart. REPORT.AZ/ Çin və ABŞ bir-birinə qarşı daha əvvəllər tətbiq etdikləri rüsumların qarşılıqlı ləğvi istiqamətində çalışmalıar aparır.
Maliyyə
9 Mart , 2019 13:37
Çin və ABŞ rüsumların qarşılıqlı ləğvinə hazırlaşır
Xinhua

Bakı. 9 mart. REPORT.AZ/ Çin və ABŞ bir-birinə qarşı daha əvvəllər tətbiq etdikləri rüsumların qarşılıqlı ləğvi istiqamətində çalışmalıar aparır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin ticarət nazirinin müavini Vanq Şouven bildirib.

“İki ölkənin ticarət danışıqlarını aparan müvafiq qrupları məsləhətləşmələrə davam edir, Çin ilə ABŞ arasında iqtisadi-ticari əlaqələrini normal vəziyyətə qaytarmaq naminə bütün əngəlləyici rüsumların ləğvi imkanları müzakirə olunur”, - deyə o qeyd edib. 

Nazir müavini qarşılıqlı əngəlləyici rüsumların daha da yüksəldilməsinin hər iki tərəfə hər hansı fayda gətirməməklə bir çox başqa dövlətlərin də mənafeyinə mənfi təsir göstərdiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi