Çin şirkəti bu ay bazar dəyərini 170 milyard dollar itirib

Çin şirkəti bu ay bazar dəyərini 170 milyard dollar itirib Çinin ən iri şirkətlərindən biri “Tencent” iyulda bazar dəyərini 170 milyard ABŞ dolları itirib.
Maliyyə
29 iyul 2021 11:12
Çin şirkəti bu ay bazar dəyərini 170 milyard dollar itirib

Çinin ən iri şirkətlərindən biri “Tencent” iyulda bazar dəyərini 170 milyard ABŞ dolları itirib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən ay dünya üzrə ən kəskin ucuzlaşma olub.

Ən çox dəyər itirən şirkətlərin ilk 10-luğuna 9 Çin və bir Niderland şirkəti (“Tencent”də ən iri pay sahibidir) daxildir. Hesablamalara görə, “Alibaba Group” – 103,9 milyard dollar, “Meituan” - 87,9 milyard dollar, “Pinduoduo” – 59,5 milyard dollar ucuzlaşıb.

Çin şirkətlərinin səhmlərinin kütləvi şəkildə satılması ölkənin tənzimləyici orqanlarının IT nəhənglərinə münasibətdə tənzimlənmənin sərtləşdirilməsi fonunda baş verir. Son olaraq investorları təşvişə salan ölkənin sürətlə inkişaf edən sferalarından olan təhsil industriyasındakı islahatlar olub.

Son xəbərlər

Orphus sistemi