Çin Mərkəzi Bankı əsas faiz dərəcəsini dəyişməyib

Çin Mərkəzi Bankı əsas faiz dərəcəsini dəyişməyib İllik LPR 3,85% səviyyəsində qalıb. Sonuncu dəfə bu göstərici aprel ayında endirilib
Maliyyə
425
20 Oktyabr , 2020 19:08
Çin Mərkəzi Bankı əsas faiz dərəcəsini dəyişməyib

Çin Xalq Bankı iqtisadiyyatın pandemiya səbəbindən üzləşdiyi böhrandan qurtulmağa davam etməsi fonunda kreditlər üzrə əsas faiz dərəcəsini (loan prime rate, LPR) ardıcıl altıncı ay dəyişməz olaraq saxlayıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, illik LPR 3,85% səviyyəsində qalıb. Sonuncu dəfə bu göstərici aprel ayında endirilib.

Beşillik kreditlərin faiz dərəcəsi 4,65% səviyyəsində saxlanılıb.

Son xəbərlər

Orphus sistemi