Çin iqtisadiyyatı 0,7% böyüyüb

Çin iqtisadiyyatı 0,7% böyüyüb Yeni növ koronavirus pandemiyasına baxmayaraq, Çində ÜDM-in böyümə sürəti yanvar-sentyabr ayları aralığında 0,7% səviyyəsində olub.
Maliyyə
19 Oktyabr , 2020 11:55
Çin iqtisadiyyatı 0,7% böyüyüb

Yeni növ koronavirus pandemiyasına baxmayaraq, Çində ÜDM-in böyümə sürəti yanvar-sentyabr ayları aralığında 0,7% səviyyəsində olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi bazar ertəsi məlumat yayıb.

Təqdim olunan hesabatda göstərilir ki, Çin iqtisadiyyatının pandemiyanın mənfi təsirindən sonra bərpası fonunda üçüncü rübün dinamikası daha da ürəkaçan olub - 4,9%. 2019-cu ilin iyul-sentyabr aylarında müvafiq göstərici 6% təşkil edib.

Qeyd olunur ki, bu ilin ilk doqquz ayında Çin iqtisadiyyatının miqyası 72,27 trilyon yuanı (cari məzənnə ilə təxminən 10,7 trilyon ABŞ dolları) aşıb. Göstərilən müddətdə aqrar sektor 2,3% artaraq 4,81 trilyon yuana (717 milyard ABŞ dolları), sənaye 0,9% artaraq 27,42 trilyon yuana (4,1 trilyon ABŞ dolları), xidmət sferası 0,4% artaraq 40,04 trilyon yuana (5,9 trilyon ABŞ dolları) çatıb.

Çinin ÜDM-inin artım tempi tədricən yavaşlayır. 2017-ci ildə bu göstərici 6,8% olubsa, 2018-ci ildə 6,6%-ə, 2019-cu ildə isə 6,1%-ə düşüb.

Son xəbərlər

Orphus sistemi