Çin ən iri yemək çatdırma xidmətini 1 milyard dollar cərimələyəcək

Çin ən iri yemək çatdırma xidmətini 1 milyard dollar cərimələyəcək Çin bazardakı dominant mövqeyindən sui istifadəyə görə ölkənin ən iri yemək çatdırma xidməti - “Meituan” şirkətini 1 miyard ABŞ dolları cərimələməyə hazırlaşır.
Maliyyə
6 avqust 2021 13:48
Çin ən iri yemək çatdırma xidmətini 1 milyard dollar cərimələyəcək

Çin bazardakı dominant mövqeyindən sui istifadəyə görə ölkənin ən iri yemək çatdırma xidməti - “Meituan” şirkətini 1 milyard ABŞ dolları cərimələməyə hazırlaşır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, şirkətin onun xidmətinə qoşulan müəssisələri rəqiblərin analoji platformaları ilə əməkdaşlıqdan imtinaya məcbur etdiyi deyilir.

“Meituan”a qarşı təhqiqat bu ilin aprel ayında başladılıb. Həmin vaxt Çinin antiinhisar orqanı analoji pozuntulara görə “Alibaba”nı 2,8 milyard dollar məbləğində cərimələyib.

Son xəbərlər

Orphus sistemi