Çin dollar istiqrazları bazarında payını artıracaq

Çin dollar istiqrazları bazarında payını artıracaq Çinin iqtisadi liderliyi gücləndikcə, istiqraz bazarında iştirakı da genişlənəcək
Maliyyə
28 Sentyabr , 2017 17:10
Çin dollar istiqrazları bazarında payını artıracaq

Bakı. 28 sentyabr. REPORT.AZ/ Yaxın 3-5 il ərzində Asiya istiqraz bazarında (Yaponiya istisna olmaqla) Çinin ofşor dollar istiqrazlarının xüsusi çəkisi 80%-ə yüksələcək. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu proqnozla "Goldman Sachs Asset Management LP" investisiya şirkəti çıxış edib. Şirkətdən verilən məlumata əsasən, Çinin dollar istiqrazları emissiyasının artması regionda alıcıların çoxalması ilə bağlıdır.

"Bloomberg" agentliyinin hesabatına görə, hazırda regionda dollar nominallı istiqrazların 60%-i  çinli emitentlərin payına düşür. "Goldman Sachs Asset Mangement LP" şirkətinin inkişaf etməkdə olan ölkələr üzrə icraçı direktoru Salman Niyazın sözlərinə görə, Çinin regional maliyyə bazarları və iqtisadi artım tempində liderlik mövqeyi gücləndikcə istiqraz satışı da artmağa davam edəcək.

S.Niyaz həmçinin bildirib ki, Çinin dollar istiqrazları bazarı hələ lazımi səviyyəyə yüksəlməyib: "Yaxın 3-5 ildə Çinin Asiya bazarında payının 70-80%-ə çatacağı ehtimal edilir".

Qeyd edək ki, 2017-ci ilin əvvəlindən investorlar Yaponiya istisna olmaqla Asiya bazarından 224 mlrd. dollarlıq istiqraz alıblar. 2018-ci ildə isə bu göstəricinin 200 mlrd. dollar təşkil edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi