Çin Bakı-Tbilisi-Qars layihəsinə maraq göstərir

Çin Bakı-Tbilisi-Qars layihəsinə maraq göstərir "Azərbaycan regionun vacib ölkəsinə çevrilir"
Maliyyə
2 May , 2015 17:39
Çin Bakı-Tbilisi-Qars layihəsinə maraq göstərir

Bakı. 2 may. REPORT.AZ/ Çin Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsinə maraq göstərir və biz həmin təkliflərə açığıq. "Report"un verdiyi xəbərə görə, bu barədə maliyyə naziri Samir Şərifov "Azərbaycan 2020: İnnovativ və şaxələnmiş iqtisadiyyata doğru" konfransında çıxışı zamanı deyib.

"Azərbaycanın vəziyyəti unikaldır. Bu yeganə ölkədir ki, Avropa və Asiyanın əlamətlərini özündə göstərir. Azərbaycan hökuməti və prezidenti Azərbaycanı regionun mərkəzi ölkəsinə çevirməyə çalışır", - o bildirib.

Nazir qeyd edib ki, Azərbaycan regionun vacib ölkəsinə çevrilir: "Son illər həyata keçirilən əsas layihələrdən biri "Dəmir İpək yolu" - Bakı-Tbilisi-Qarsdır. Bu layihə Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək. Bu layihənin reallaşması ilə mallar Avropaya çatdırıla biləcək".

Son xəbərlər

Orphus sistemi