Çin ABŞ-ın qiymətli kağızlarını satışa çıxara bilər

Çin ABŞ-ın qiymətli kağızlarını satışa çıxara bilər Çin ABŞ-ın qiymətli kağızlarının satışa çıxara və bununla da, ABŞ dollarını ucuzlaşdıra bilər.
Maliyyə
9 May , 2020 17:00
Çin ABŞ-ın qiymətli kağızlarını satışa çıxara bilər

Çin ABŞ-ın qiymətli kağızlarının satışa çıxara və bununla da, ABŞ dollarını ucuzlaşdıra bilər.

“Report”un RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə “South China Morning Post” nəşri yazıb.

Yazıda bildirilir ki, Çin ABŞ-ın dövlət istiqrazlarına 1,1 milyard ABŞ dolları məbləğində investisiya qoyub və hazırda bu rəqəmi azaltmaq barədə düşünür. Bu addımın ikitərəfli ticarət münasibətlərindəki yeni gərginliyə və COVID-19 pandemiyasına görə ölkələr arasındakı "söz müharibəsi"nə cavab olaraq atılacağı deyilir.

Çinin qərarı həm də ABŞ-ın qiymətli kağızlar bazarı üçün problemlər yarada bilər. Çünki, rəsmi Vaşinqton pandemiyanın iqtisadi təsirlərini azaltmaq üçün bir sıra proqramları maliyyələşdirmək istəyir və bu məqsədlə dövriyyəyə yeni qiymətli kağızlar buraxır. Bundan başqa, investisiyalardan imtina ABŞ-ın nüfuzuna ciddi zərbə vuracaq və bu ölkənin qlobal investorlara ödəmə qabiliyyətini şübhə altına alacaq.

Bununla belə məqalə müəllifləri vurğulayıblar ki, bu kimi radikal addımları rəsmi Pekin ən son variant kimi nəzərdə tutur. Çin rəhbərliyi əvvəlcə ABŞ-a başqa yollarla təzyiq göstərməyə çalışacaq.

Bu arada, “Deloitte China” nəşrinin baş iqtisadçısı Süy Sitao bildirib ki, Çin və Rusiya ABŞ hökumətinin dünya bazarında silah kimi istifadə etdiyi ABŞ dollarından istifadəni dayandırmaq barədə müzakirələr aparır. 

Son xəbərlər

Orphus sistemi