Cihad Azur: "İqtisadi artımı bütün təbəqələr hiss etməlidir"

Cihad Azur: "İqtisadi artımı bütün təbəqələr hiss etməlidir" IMF: Neft qiymətləri növbəti iki ildə də 50-55 dollar/barel dəhlizində qalacaq
Maliyyə
949
13 Sentyabr , 2017 16:52
Cihad Azur: İqtisadi artımı bütün təbəqələr hiss etməlidir
Report/ Elşən Baba

Bakı. 13 sentyabr. REPORT.AZ/ "Azərbaycan coğrafi mövqeyi sayəsində bir çox sahələri inkişaf etdirə bilər".

"Report" xəbər verir ki, bunu jurnalistlərə Beynəlxalq Valyuta Fondunun (IMF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur deyib: "2014-2015-ci illərdə baş verən qlobal iqtisadi sarsıntılar bir çox ölkələrə təsir edib".

C.Azur hesab edir ki, yaranmış vəziyyətdən çıxmaq üçün əlavə xərclərə yol verilməməli, tədiyyə balansının kəsirlə bitməməsinə çalışılmalıdır: "Bu vaxta qədər çox yaxşı addımlar atılıb, bundan sonra da bu addımları davam etdirmək lazımdır".

Eyni zamanda IMF rəsmisi Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesinin sürətləndirilməsini vacib sayır.

Onun fikrincə, ölkədəki iqtisadi artım prosesini isə əhalinin bütün təbəqələri hiss etməlidir: "Çünki aşağı təbəqələr artıma mənfi təsir edir".

Bununla yanaşı C.Azur bildirib ki, hazırda dünya bazarında neft qiymətləri 50-55 dollar/barel dəhlizində dəyişir: "Düşünürük ki, növbəti iki ildə də qiymətlər bu civarda qalacaq".

Son xəbərlər

Orphus sistemi