“Cənubtikintiservis”in səhmləri 11 dəfə bahalaşıb

“Cənubtikintiservis”in səhmləri 11 dəfə bahalaşıb Qiymətli kağızlar market-meykerin təklif etdiyi qiymətdən də baha satılıb
Maliyyə
28 Dekabr , 2016 10:41
“Cənubtikintiservis”in səhmləri 11 dəfə bahalaşıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) “Cənubtikintiservis” ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb. Bu barədə “Report” BFB-yə istinadən xəbər verir.

Məlumata görə, əqd müəssisənin 20 səhminin realizə edilməsini nəzərdə tutur. Səhmlərin nominal dəyəri 2 manat olsa da, onlar 11 dəfə baha – 22 manata alınıb-satılıb.

Qeyd edək ki, “Cənubtikintiservis”in səhmlərinin alqı-satqısı üzrə market-meyker fəaliyyətini “Azfinance” investisiya şirkəti həyata keçirir. Bu şirkət ötən gün müəssisənin 1 səhmini 19 manatdan alıb, 19,95 manatdan satıb. Görünən odur ki, sövdələşmə predmeti olan 20 səhm “Azfinance”a deyil, birbaşa investora satılıb.

Xatırladaq ki, “Cənubtikintiservis” ASC 2003-cü ildə yaradılıb, Azərbaycanın neft-qaz sektoruna xidmət göstərən aktiv müəssisələrdən biridir. Onun nizamnamə kapitalı 1 323 694 manatdır. Şirkətin əsas səhmdarı Türkiyənin "Tekfen İnşaat" şirkətidir. “Cənubtikintiservis” 2015-ci ildə səhmdarlarına hər səhm üçün təxminən 10 manat divident ödədiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi