Cənubi Koreyanın maliyyə xidmətləri komissiyası kriptovalyuta birjalarını yoxlayacaq

Cənubi Koreyanın maliyyə xidmətləri komissiyası kriptovalyuta birjalarını yoxlayacaq Bakı. 14 may. REPORT.AZ/ Cənubi Koreya birjalarının bank hesabları çirkli pulların yuyulması və digər qanunsuz fəaliyyətlərlə mübarizə normalarına uyğunluq baxımından yoxlanılacaq.
Maliyyə
14 May , 2018 18:00
Cənubi Koreyanın maliyyə xidmətləri komissiyası kriptovalyuta birjalarını yoxlayacaq

Bakı. 14 may. REPORT.AZ/ Cənubi Koreya birjalarının bank hesabları çirkli pulların yuyulması və digər qanunsuz fəaliyyətlərlə mübarizə normalarına uyğunluq baxımından yoxlanılacaq.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, Cənubi Koreyanın Maliyyə Xidmətləri Komissiyası yerli ticarət platformalarının yoxlanılmasında Maliyyə Nəzarət Xdmətinə kömək edəcək. Yeni yoxlamanın əsas hədəfi Cənubi Koreyanın ən böyük birjalarından olan "Bithumb" ticarət platformasıdır. Şirkətin təmsilçiləri ötən ay "Bithumb Coin" kriptovalyutasını dövriyyəyə buraxacaqlarını açıqlayıblar. "Bithumb Coin" Sinqapurda keçiriləcək ICO (Initial coin offering- ilkin valyuta təklifi) ilə satılacaq.

Maliyyə Xidmətləri Komissiyanın sədr müavini Kim Enbim bildirib ki, araşdırmalara baxmayaraq, nəzarət orqanları banklarda və digər maliyyə sektorlarında blokçeyn texnologiyasından istifadəni məhdudlaşdırmayacaq. Komissiya ödəniş vasitəsi kimi rəqəmsal pulun faydalarını dəyərləndirməyə davam edir.

Qeyd edək ki, ötən həftə Seul prokurorluğu Cənubi Koreyanın "Upbit" birjasında axtarış aparıb. Ticarət platforması fırıldaqçılıqda itiham olunur. 

Son xəbərlər

Orphus sistemi