Cənubi Koreya da kriptovalyutaların ilkin emissiyasına qadağa qoyub

Cənubi Koreya da kriptovalyutaların ilkin emissiyasına qadağa qoyub Bir neçə həftə əvvəl Çin hökuməti də analoji addım atıb
Maliyyə
29 Sentyabr , 2017 17:23
Cənubi Koreya da kriptovalyutaların ilkin emissiyasına qadağa qoyub

Bakı. 29 sentyabr. REPORT.AZ/ Cənubi Koreyanın Maliyyə sektoruna nəzarət Komissiyası (FSS) kriptovalyutaların ilkin emissiyasına (ICO - initial coin offering) qadağa qoyub.

"Report" CNBC telekanalına istinadən xəbər verir ki, qadağa bütün növ kriptovalyutalara aid ediləcək.

FSS bildirib ki, nəzarət olmadan ICO-ların həyata keçirilməsi bazarda fırıldaqların artmasına gətirib çıxara bilər. Qurum həmçinin qeyd edib ki, qadağanı pozanlar sərt şəkildə cəzalandırılacaq. Analitiklər kriptovalyuta treyderlərinin Honq-Konqa üz tutacaqlarını proqnozlaşdırırlar.

Qeyd edək ki, bir neçə həftə əvvəl Çin hökuməti də analoji addım ataraq ICO-lara qadağa qoyub.

Son xəbərlər

Orphus sistemi