Cənub Qaz Dəhlizi layihəsində SOCAR-ın payının maliyyələşdirilməsinə büdcədən 560 mln. manat ayrılacaq

Cənub Qaz Dəhlizi layihəsində SOCAR-ın payının maliyyələşdirilməsinə büdcədən 560 mln. manat ayrılacaq Dövlət əsaslı vəsait qoyuluşu xərclərinə növbəti ilin büdcə xərclərindən 1,9 mlrd. manat sərf ediləcək
Maliyyə
29 Sentyabr , 2016 17:33
Cənub Qaz Dəhlizi layihəsində SOCAR-ın payının maliyyələşdirilməsinə büdcədən 560 mln. manat ayrılacaq

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycanın 2017-ci il dövlət büdcəsində Cənub Qaz Dəhlizi layihəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iştirak payının maliyyələşdirilməsi, bu məqsədlə yaradılmış şirkətin nizamnamə kapitalının artırılmasına 560 mln. manatın yönəldilməsi nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu barədə "2017-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilir.

Layihədə qeyd olunub ki, 2017-ci ilin dövlət büdcəsində əsaslı xərclər üçün 3 654,4 mln. manat vəsait nəzərdə tutulub. Bu xərclərin büdcə məxaricində xüsusi çəkisi 22% təşkil edəcək: “Əsaslı xərclərin tərkib hissəsi olan dövlət əsaslı vəsait qoyuluşu xərclərinə növbəti ilin dövlət büdcəsi xərclərindən 1 860,0 mln. manat vəsait sərf ediləcək. Həmin vəsaitin 560,0 mln. manatı və ya 30,1%-i Cənub Qaz Dəhlizi layihəsində SOCAR-ın iştirak payının maliyyələşdirilməsi üçün şirkətin nizamnamə kapitalının artırılmasına, 1 300,0 mln. manatı və ya 69,9%-i digər zəruri hesab edilən prioritet layihələrin və tədrbilərin maliyyələşdirilməsinə (dövlət zəmanə ilə xaricdən cəlb edilmiş kreditlər hesabına həyata keçirilən investisiya layihələrində Azərbaycan tərəfinin maliyyələşdirdiyi öhdəliklərin yerinə yetirilməsinə və digər investisiya layihələrin maliyyələşdirilıməsi) yönəldiləcək”.

Büdcə layihəsində qeyd edilib ki, 2017-ci il dövlət büdcəsinin əsaslı xərclərinin 1 796,4 mln. manatı büdcənin müvafiq xərc bölmələrində əksini tapmaqla xüsusi dövlət alışlarının həyata kçeirilməsinə, sosial-mədəni və məişət, inzibati, istehsalat təyinatlı layihələrin, bina və qurğuların, yolların yenidən qurulmasına və əsaslı təmirinə, qeyri-maliyyə aktivlərinin (əsas vəsaitlər, bina və tikililər, yaşayış və qeyri-yaşayış binaları) alınmasına yönəldiləcək.

Son xəbərlər

Orphus sistemi