CEBR: Çin iqtisadiyyatı dünyada birinci olacaq

CEBR: Çin iqtisadiyyatı dünyada birinci olacaq Çin 2028-ci ilədək ABŞ-ı keçərək dünyanın ən böyük iqtisadi gücünə çevriləcək.
Maliyyə
778
26 Dekabr , 2020 16:23
CEBR: Çin iqtisadiyyatı dünyada birinci olacaq

Çin 2028-ci ilədək ABŞ-ı keçərək dünyanın ən böyük iqtisadi gücünə çevriləcək.

“Report” “Fox News”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın CEBR (İqtisadi və İşgüzar Tədqiqatlar Mərkəzi) müstəqil iqtisadi araşdırma və proqnoz mərkəzinin hesabatında bildirilir. Daha əvvəl ekspertlər bunun 2033-cü ildə baş verəcəyini güman edirdilər.

Hesabata əsasən, 2021-2025-ci illərdə Çində illik iqtisadi artım 5,7 faiz, olacaq, 2026-2030-cu illərdə isə 4,5 faizlik kiçilmə baş verəcək. ABŞ-da isə 2021-ci ildə böyük iqtisadi artım 2022-2024-cü illərdə 1,9 faizədək, sonrakı dövrdə isə 1,6 faizədək düşəcəyi güman edilir.

2030-cu illərin əvvəlinədək dünyanın üç iqtisadi nəhəngindən biri olacaq Yaponiyanı daha sonra Hindistan ötüb keçəcək. Almaniya isə dördüncü yerdən beşinciyə, Böyük Britaniya isə beşinci yerdən altıncıya enəcək.

Bütövlükdə dünya iqtisadiyyatına koronavirusun təsirləri artım sürətində yox, daha yüksək inflyasiya səviyyəsində özünü göstərəcək.

Son xəbərlər

Orphus sistemi