“Caspian Invest” BOKT-nin aktivləri 11% azalıb

“Caspian Invest” BOKT-nin aktivləri 11% azalıb “Caspian Invest MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 10,6% azalaraq 564 min manat təşkil edib.
Maliyyə
7 Sentyabr , 2019 17:12
“Caspian Invest” BOKT-nin aktivləri 11% azalıb

“Caspian Invest" MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 10,6% azalaraq 564 min manat təşkil edib.

“Report” bu barədə BOKT-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Caspian Invest"in müştərilərə verdiyi xalis kreditlər isə 4,5% azalaraq 441 min manat olub.

Hesabat dövründə "Caspian Invest"in cəmi öhdəlikləri 24,4% azalaraq 34 min manata, cəmi kapitalı isə 9,6% azalaraq 530 min manata düşüb.

“Caspian Invest” 2018-ci ili 135 min manat zərərlə başa vurub. Bu, 2017-ci ilə nisbətən 11,2% azdır. 

Son xəbərlər

Orphus sistemi