C.Uilyams: "ABŞ gələn ilin sonuna kimi uçot dərəcəsini 5-7 dəfə artıra bilər"

C.Uilyams: "ABŞ gələn ilin sonuna kimi uçot dərəcəsini 5-7 dəfə artıra bilər" "Report": 2017-ci ilin sonuna qədər uçot dərəcəsi 2,25% səviyyəsinə çatdırıla bilər
Maliyyə
23 May , 2016 18:43
C.Uilyams: ABŞ gələn ilin sonuna kimi uçot dərəcəsini 5-7 dəfə artıra bilər

Bakı. 23 may. REPORT.AZ/ San-Fransisko Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Con Uilyams (John Williams) bu gün ABŞ-ın iqtisadiyyatı və monetar siyasətinə dair açıqlamasında 2016-cı ildə FES-in 2-3, 2017-ci ildə isə 3-4 dəfə uçot dərəcəsini artırmasını gözlədiyini bildirib. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, C.Uilyams açıqlamalarında ABŞ iqtisadiyyatının 2016-cı ildə 2% artım göstərəcəyini qeyd edib. 

Nyu-Yorkda danışan FES rəsmisi qlobal bazarlardakı qeyri-sabit konyunkturun ABŞ-a mənfi təsir göstərdiyini bildirib. ABŞ iqtisadiyyatının tam gücdə olduğunu, inflyasiyanın isə 2017-ci ilin sonuna qədər 2% hədəfinə çatacağını bildirən C.Uilyams ölkədə əmək haqlarının da artdığına dair siqnallar gəldiyini qeyd edib. İnflyasiyanın səviyyəsinin önəminə diqqət çəkən FES rəsmisi maliyyə qeyri-müəyyənliyinə çox sərt reaksiya verməyin düzgün olmadığını xatırladıb. 

"Report"un analitik qrupu bildirir ki, C.Uilyamsın proqnozları həyata keçərsə, ABŞ-da uçot dərəcəsinin 2017-ci ilin sonuna qədər ən az 1,75-2,25% səviyyəsinə qədər artması gözlənilir.

Son xəbərlər

Orphus sistemi