BVF qaz tariflərini qaldırmaq müqabilində Ukraynaya kredit vəd edib

BVF qaz tariflərini qaldırmaq müqabilində Ukraynaya kredit vəd edib Valyuta Fondu xüsusilə ölkədə maaşların qaldırılmasına qarşıdır
Maliyyə
4 Fevral , 2018 06:27
BVF qaz tariflərini qaldırmaq müqabilində Ukraynaya kredit vəd edib

Bakı. 4 fevral. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynanı yeni kreditlə təmin etməyə hazır olduğunu açıqlayıb. Buna görə, Kiev qaz tariflərini qaldırmalı və insanların maaşlarını artırmamalıdır.

“Report” xəbər verir ki, bu bəyanatla BVF-nin Ukraynadakı daimi nümayəndəsi Yosta Lünqman çıxış edib.

BVF, xüsusilə əməkhaqlarının artırılmasına qarşı çıxır, çünki bu, Ukrayna iqtisadiyyatına mənfi təsir göstərə bilər.

"Maaşları tez artırmaq istəyi var, lakin bu iqtisadiyyatın artmasına pis təsir göstərəcək", — deyə Lünqman bildirib.

Bundan əlavə, Kiyev qaz qiymətlərini idxal səviyyəsi ilə eyniləşdirməlidir.

Son xəbərlər

Orphus sistemi