BVF-nin Azərbaycan üzrə proqnozları daha optimistdir

BVF-nin Azərbaycan üzrə proqnozları daha optimistdir Real sektorun maliyyə imkanlarına çıxışını genişləndirmək üçün Avropa Yenidənqurma və İnkişaf Bankı ilə 200 milyon dollar həcmində çərçivə sazişi bağlanılıb. Bu, Sizin Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərliyi ilə danışıqlarınızdan sonra baş veri
Maliyyə
16 İyul , 2020 02:22
BVF-nin Azərbaycan üzrə proqnozları daha optimistdir

Real sektorun maliyyə imkanlarına çıxışını genişləndirmək üçün Avropa Yenidənqurma və İnkişaf Bankı ilə 200 milyon dollar həcmində çərçivə sazişi bağlanılıb. Bu, Sizin Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərliyi ilə danışıqlarınızdan sonra baş verib. Birinci tranş 50 milyon dollardan artıq reallaşmasına başlanıb. Bu kreditlər real sektorda olan müəssisələrə yönəldilməyə başlanmışdır.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

“Cənab Prezident, cari ilin ikinci yarısında qarşımızda duran vəzifələrdən danışarkən qısaca deyim ki, burada əsas məsələ, ən böyük problem siyasətin, makroiqtisadi siyasətin, digər siyasətlərin böyük həcmdə qeyri–müəyyənliklər şəraitində aparılması olmuşdur. Hazırda həm sosial siyasət, həm də büdcə, pul-kredit siyasəti başlıca olaraq pandemiyadan zərər çəkmiş əhalinin, biznesin gəlirlərinin neytrallaşmasına yönəldilib. Artıq Beynəlxalq Valyuta Fondu öz bədbin proqnozlarını dərc etmişdir, Azərbaycan üzrə proqnozlar daha optimistikdir. Biz çalışmalıyıq ki, bu optimizmi reallaşdıraq. Bu ili nə qədər yaxşı nəticələrlə başa vursaq, növbəti illərdə bərpa və inkişaf proseslərinə daha tez və daha da sürətlə qayıda bilərik”.

Onun sözlərinə görə, Mərkəzi Bankın qarşısında duran başlıca vəzifə yenə də hökumətlə sıx əlaqədə işləyərək ölkədə makroiqtisadi və maliyyə sabitliyini qoruyub saxlamaqdır:

“Bu istiqamətdə hökumət proqramı üzrə bizim adekvat tədbirlər planımız var. Ona görə hökumət qurumları ilə birlikdə gələn illər və ortamüddətli dövrdə yeni makroiqtisadi çərçivə üzrə işlərimizi tamamlayırıq ki, bu çərçivə hər hansı dövrdə gələn bütün çağırışlara adekvat cavab vermək imkanında, iqtidarında olsun”.

Son xəbərlər

Orphus sistemi