IMF missiyası Azərbaycan bankirləri ilə görüşüb

IMF missiyası Azərbaycan bankirləri ilə görüşüb BFV rəsmiləri ilə bank sektorundakı vəziyyət müzakirə olunub
Maliyyə
2 Mart , 2017 16:56
IMF missiyası Azərbaycan bankirləri ilə görüşüb

Bakı. 2 mart. REPORT.AZ/ Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (IMF) missiyası Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev, eləcə də ölkənin aparıcı kommersiya banklarının rəhbərləri ilə görüş keçirib.

"Report" xəbər ki, görüşün detalları barədə jurnalistlərə açıqlama verən Z.Nuriyeb IMF rəsmiləri ilə bank sektorundakı vəziyyətin və qəbul edilmiş qərarların bu sahəyə verə biləcəyi töhfənin müzakirə olunduğunu bildirib. 

"Bank sektorundakı vəziyyətlə bağlı fikir mübadiləsi apardıq. Onlar tərəfdən konkret heç bir təklif irəli sürülməyib, sadəcə gələcəyə baxışla bağlı müəyyən proqramların işlənib hazırlanması ilə bağlı fikirlərimizi öyrəndilər", - ABA rəhbəri qeyd edib.

Son xəbərlər

Orphus sistemi